Azintelecom MMC

Azintelecom MMC

Azintelecom MMC

 

Təhlükəsizlik və Nəzarət Sistemlərinin Quraşdırılması Layihəsi

 

Layihənin Məqsədi

Azərbaycanın qabaqcıl telekommunikasiya və bulud texnologiyaları operatoru olan “Azintelecom” MMC, təhlükəsizlik və idarəetmə sistemlərinin modernləşdirilməsi məqsədilə obyektlərində çoxsəviyyəli nəzarət və mühafizə həllərinin tətbiqini həyata keçirmişdir. Layihənin əsas məqsədi — obyektin fiziki təhlükəsizliyinin təmin edilməsi, giriş-çıxışın ağıllı şəkildə tənzimlənməsi, qonaq və əməkdaş axınının sistemli şəkildə idarə olunması, habelə bütün ərazilərin fasiləsiz video nəzarətdə saxlanması olmuşdur.

 

Tətbiq Edilmiş Texniki Həllər

1. Turniket və Avtomatik Barrier Sistemləri

  • Tripod və full-height turniketlər – Giriş nöqtələrində insan axınının tənzimlənməsi və təhlükəsiz keçid üçün qurulub.

  • Avtomatik nəqliyyat baryerləri – Avtopark sahəsinə yalnız icazəli nəqliyyat vasitələrinin girişinə imkan verir.

  • Plaka tanıma texnologiyası ilə inteqrasiya – Avtomatik plaka oxunması ilə sürətli və təhlükəsiz giriş prosesi təmin edilib.