“Azeurotel” MMC öz fəaliyyət sahəsində yüksək təhlükəsizlik, personal axınının dəqiq idarə olunması və əmlakın mühafizəsinə xüsusi önəm verir. Müəssisənin müasir təhlükəsizlik texnologiyaları ilə təchiz olunması məqsədilə access control (giriş-çıxış nəzarəti), turniket və kamera müşahidə sistemlərinin quraşdırılması həyata keçirilmişdir.
Layihənin əsas məqsədi – obyektə giriş-çıxışların intellektual şəkildə idarə olunması, fiziki təhlükəsizlik səviyyəsinin artırılması, personal və ziyarətçi hərəkətlərinə tam nəzarət mexanizminin qurulması, eləcə də ümumi təhlükəsizlik infrastrukturunun gücləndirilməsidir.
Tripod və sensor əsaslı turniket qurğuları – Əsas giriş-çıxış məntəqələrinə quraşdırılaraq yalnız icazəli şəxslərin keçidinə imkan yaradır.
Access control sisteminə inteqrasiya – Hər bir turniket RFID və biometrik oxuyucularla sinxron şəkildə işləyir.
Əlçatanlıq və təhlükəsizlik rejimi – Yanğın və fövqəladə vəziyyət zamanı turniketlər avtomatik açılma rejiminə keçir.
Statistik hesabatlar – Günlük, aylıq və xüsusi aralıqlar üzrə keçid analitikası aparılır.