Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – Turniket Sistemlərinin Quraşdırılması
Layihə əhatə dairəsi:
ASCO-nun əsas inzibati binası
Gəmi təmiri və texniki servis zavodları
Məhdud girişli istehsalat və texniki ərazilər
Layihənin əsas məqsədi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin struktur bölmələrində giriş-çıxış proseslərinin mərkəzləşdirilmiş idarə olunması, təhlükəsizlik səviyyəsinin artırılması və işçi axınının elektron nəzarət altına alınmasıdır.
Görülən işlər nəticəsində müəssisənin inzibati, istehsalat, və təhlükəli sahələrində nəzarətli keçid sistemi yaradılmış, bu da həm əmək intizamına, həm təhlükəsizlik tələblərinə, həm də daxili logistikanın səmərəli idarə olunmasına xidmət etmişdir.
Əsas binanın girişlərində və təmir zavodlarının keçid nöqtələrində müasir tam bədənli (full-height) və yarım hündürlükdə turniket sistemləri yerləşdirilmişdir.
Turniketlər Access Control sistemi ilə inteqrasiya olunmuş və yalnız icazəsi olan şəxslərin girişinə imkan verir.
Acil hallarda (yanğın, fövqəladə vəziyyət və s.) turniketlər avtomatik açılma rejiminə keçir.
Əlillər və fiziki məhdudiyyətli şəxslər üçün ayrıca giriş qapıları və sensorlu idarəetmə paneli quraşdırılmışdır.
Əməkdaşların və ziyarətçilərin hərəkəti üzərində tam nəzarət imkanı yaradılmışdır.
Təhlükəli istehsalat sahələrində yalnız səlahiyyətli şəxslərin girişinə icazə verilməklə əmək təhlükəsizliyi artırılmışdır.
İş rejiminə riayət və nizam-intizamın yüksəldilməsi müşahidə olunur.
Giriş məlumatları əsasında davamiyyət hesabatları, gecikmələr və s. avtomatik olaraq çıxarılır, bu da İK və menecment üçün əlavə dəyər yaradır.
Bütün sistemlər ASCO-nun daxili təhlükəsizlik və İT standartlarına uyğun olaraq tam təhvil verilmiş, texniki heyətə sistemin idarə olunması üzrə təlimlər keçirilmişdir.
Bizə etimad göstərərək bu önəmli və genişmiqyaslı layihəni icra etməyə şərait yaratdığı üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə (ASCO) dərin təşəkkürümüzü bildiririk.Bu layihə, təkcə müasir təhlükəsizlik tələblərinə cavab vermir, eyni zamanda ASCO-nun rəqəmsal və operativ idarəetmə imkanlarını gücləndirən mühüm texnoloji addım kimi qiymətləndirilə bilər.Gələcəkdə də bu cür strateji layihələrdə iştirak edərək, ölkəmizin qabaqcıl sənaye və nəqliyyat sahələrinə texnoloji dəstək verməyə hazırıq.