Azərbaycan Rezpublikası Tibb Universiteti

Azərbaycan Rezpublikası Tibb Universiteti

Azərbaycan Tibb Universitetinin Bütün Korpuslarında Elektrik və Təhlükəsizlik Sistemlərinin Qurulması


Əhatə dairəsi:

  • Universitetin əsas tədris, klinik, inzibati və yardımçı korpusları

  • Bütün giriş-çıxış məntəqələri, parkinq zonaları və ümumi ərazilər

 

Layihənin Məqsədi

Layihənin əsas məqsədi Azərbaycan Tibb Universitetinin bütün struktur bölmələrinin müasir elektrik infrastrukturu, girişə nəzarət, nəqliyyat baryerləri, video müşahidə və turniket sistemləri ilə təmin edilməsidir. Bu sistemlərin tətbiqi ilə universitetdə təhlükəsizlik səviyyəsinin artırılması, personal və tələbə hərəkətinə nəzarət, eləcə də operativ idarəetmə imkanları yaradılmışdır.

 

Görülmüş Əsas İşlər və Texniki Həllər

1. Turniket Keçid Sistemləri

  • Əsas giriş nöqtələrinə turniketlər quraşdırılmışdır.

  • Giriş yalnız identifikasiya sistemləri ilə mümkündür.

  • Fövqəladə hallarda turniketlərin avtomatik açılma funksiyası aktivdir.

  • Giriş statistikası monitorinq sistemi vasitəsilə idarə olunur.

 

Əlavə Görülmüş İşlər

  • Təhlükəsizlik və texniki personal üçün nəzarət və avadanlıq otaqları ayrılmışdır.

  • Bütün sistemlər üzrə təlim və texniki sənədləşmə təmin olunmuşdur.

  • Universitetə 24/7 texniki dəstək xidməti və zəmanətli servis paketi təqdim olunmuşdur.

 

Layihənin Əhəmiyyəti

  • Universitetin elektrik və təhlükəsizlik infrastrukturu beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

  • Şəxsi və nəqliyyat girişlərinə tam nəzarət imkanı yaradılmışdır.

  • Tələbə, müəllim və əməkdaşların təhlükəsizliyi yüksəldilmiş, ziyarətçi və hərəkət axını şəffaf şəkildə idarə olunmağa başlanmışdır.

  • Bütün sistemlər gələcəkdə universitetin digər texnoloji platformaları ilə inteqrasiya üçün tam hazır vəziyyətdə qurulmuşdur.

 

 Bu mühüm layihənin icrasına bizə etimad göstərdiyinə görə Azərbaycan Respublikası Tibb Universitetinə təşəkkürümüzü bildiririk. Universitetin təhsil və idarəetmə mühitində texnologiyanın tətbiqi ilə bağlı atılmış bu addım ölkəmizin təhsil infrastrukturunun müasirləşməsində əhəmiyyətli rol oynayır. Gələcəkdə də ali təhsil müəssisələrində bu cür layihələrin həyata keçirilməsində iştirak etməyə sadiqik.