Müştəri:
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Layihənin məqsədi:
Nazirliyin inzibati binasında təhlükəsizlik infrastrukturunun gücləndirilməsi, giriş-çıxışların avtomatlaşdırılması və 24/7 müşahidə sistemlərinin tətbiqi vasitəsilə təhlükəsizlik səviyyəsinin artırılması.
Təsviri:
Nazirliyin əsas giriş nöqtələrinə quraşdırılmış turniket sistemləri girişin fiziki və nəzarətli şəkildə təşkilinə imkan verir.
Əsas xüsusiyyətlər:
Müasir dizayna malik üçqollu və ya sürüşən turniket modelləri
Kart oxuyucu və biometrik modulların inteqrasiyası
Giriş və çıxış vaxtlarının qeydiyyatı
Fövqəladə hallarda avtomatik açılma funksiyası
Əldə edilən nəticələr:
Giriş-çıxış proseslərinin intizamlı təşkili
İnsan axınının düzgün və təhlükəsiz idarə olunması
Gündəlik istifadə statistikalarının əldə olunması