Nazirliyin inzibati binası və əlavə texniki obyektləri
Giriş-çıxış nöqtələri, daxili zonalar və təhlükəsizlik əraziləri
Layihənin əsas məqsədi Ekologiya və Təbii Sərvətlər Nazirliyində fiziki təhlükəsizlik, işçi və ziyarətçi keçidlərinin nəzarətdə saxlanılması, video müşahidə və girişə nəzarət sistemləri vasitəsilə müasir idarəetmə və təhlükəsizlik infrastrukturunun qurulmasıdır. Bu da qurumun fəaliyyətində nəzarətin gücləndirilməsinə və şəffaflığın təmin olunmasına xidmət edir.
İnzibati binaya daxil olan əsas giriş nöqtələrində turniket sistemləri quraşdırılmışdır.
Turniketlər yalnız təsdiqlənmiş giriş məlumatları ilə aktiv olur.
Fövqəladə hallar üçün turniketlər avtomatik açılma funksiyasına malikdir.
Keçid məlumatları real vaxtda toplanaraq statistik analiz üçün arxivlənir.
Təhlükəsizlik heyəti üçün müşahidə otaqları və sistem monitorinq zonaları təşkil edilmişdir.
Quraşdırılmış sistemlər üzrə texniki heyətə təlimlər keçirilmiş və lazımi sənədləşmə təqdim olunmuşdur.
24/7 texniki dəstək və zəmanətli xidmət planı hazırlanmışdır.
Nazirlik binasında təhlükəsizlik və girişə nəzarət səviyyəsi müasir tələblərə uyğunlaşdırılmışdır.
İşçi və ziyarətçi keçidləri qeydiyyatlı və nəzarətli şəkildə aparılır.
Müşahidə sistemləri vasitəsilə hərəkətlərin təhlili və hadisələrin retrospektiv araşdırılması mümkün olmuşdur.
Bütün texniki həllər gələcəkdə digər qurum və bölmələrlə inteqrasiya üçün tam uyğun şəkildə qurulmuşdur.
Bizə bu önəmli layihəni həyata keçirməyə imkan yaratdığı üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dərin təşəkkürümüzü bildiririk. Nazirlik binasında tətbiq olunan bu müasir sistemlər dövlət qurumlarında təhlükəsizlik və texnoloji nəzarətin inkişafında önəmli bir mərhələdir. Gələcəkdə də bu kimi layihələrdə iştirak etməyə və innovativ texnologiyaları tətbiq etməyə sadiqik.