Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin struktur bölmələrində təhlükəsizlik sistemlərinin ən yüksək səviyyədə təmin edilməsi dövlətin daxili sabitliyi və ictimai təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirdiyimiz bu layihənin əsas məqsədi, Nazirliyin müxtəlif rayon mühafizə idarələrində müasir videomüşahidə və girişə nəzarət sistemlərinin qurulması ilə texnoloji nəzarət və təhlükəsizlik səviyyəsinin artırılmasıdır.
İşin Mahiyyəti:
Baş Mühafizə İdarəsində əməkdaşların və ziyarətçilərin giriş-çıxışının nəzarətə alınması məqsədilə elektron turniket sistemi quraşdırılmışdır. Bu sistemin əsas xüsusiyyətləri:
Kartla giriş/çıxış sistemi – Şəxsi kartlarla identifikasiya və keçid prosesi.
Avtomatik giriş jurnalı – Hər bir keçid hadisəsi serverdə qeyd olunur və istənilən vaxt analiz edilə bilər.
Səlahiyyətə əsaslanan zonalar – Fərqli vəzifə və statuslara görə keçid məhdudiyyətləri tətbiq olunur.
Estetik və davamlı turniket qurğuları – Giriş-çıxış sahəsində fiziki keçidi tənzimləyən paslanmayan poladdan hazırlanmış keyfiyyətli turniketlər.
İnteqrasiya imkanı – Gələcəkdə biometrik sistemlərlə və ya kamera müşahidəsi ilə birgə işləyə biləcək quruluş.
Bu sistem Baş İdarənin təhlükəsizlik və operativ idarəetmə imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır.
Bu layihə çərçivəsində quraşdırılmış təhlükəsizlik və nəzarət sistemləri vasitəsilə:
Nazirliyin mühafizə strukturlarında nəzarət və təhlükəsizlik səviyyəsi müasir texnologiyalar əsasında təmin olunmuşdur;
Giriş-çıxış rejiminə nəzarət gücləndirilmişdir;
Hadisələrin aşkarlanması və arxivləşdirilməsi imkanları genişləndirilmişdir.
Daxili İşlər Nazirliyinin bizə göstərdiyi etimada və əməkdaşlığa görə təşəkkür edirik. Quraşdırdığımız sistemlər Nazirliyin təhlükəsizlik strategiyasına uyğun olaraq effektivlik, dayanıqlılıq və texnoloji üstünlüklərlə fərqlənir.
Təhlükəsizliyinizi etibar etdiyiniz üçün təşəkkür edirik – Biz Sizin Güvənliyinizi Qoruyuruq.