WL10 — Wi-Fi modullu barmaq izi ilə giriş-çıxış və davamiyyət nəzarəti terminalıdır.
Wi-Fi funksiyası sayəsində istifadəçi Ethernet kabeli çəkməyə ehtiyac duymur. Qurğu hotspot rejimini dəstəkləyir və mobil tətbiqlərlə birbaşa bağlantı qurmağa, giriş-çıxış əməliyyatları aparmağa və qeydiyyatları yükləməyə imkan verir.
Yeni nəsil ZK barmaq izi oxuyucusu ilə təchiz olunub, güclü işıq mənbələri altında belə stabil işləyir və yaş və kobud barmaqlarla yüksək dəqiqliklə identifikasiya aparır.
Zərif dizaynı və incə forması ilə WL10 davamiyyət sistemində yeni mərhələyə start verir.